Ödəniş kartlarının qorunması

Banklar yeni təhlükəsizlik tədbirləri görərək kart sahiblərini dələduzlardan qorumağa çalışır. Siz də vacib məsləhətlərə əməl edərək ödəniş kartınızın təhlükəsizliyini təmin edə bilərsiniz:

  1. Heç vaxt kənar şəxslərə kartın PIN-kodunu və CVV2-kodunu, eləcə də etibarlılıq müddətini və kimin adına qeydiyyatdan keçirildiyini söyləməyin.
  2. Ödəniş kartını itirmisinizsə və ya başqa birinin kartın rekvizitlərini öyrəndiyindən şübhələnirsinizsə, dərhal banka müraciət edin və onu bloklayın.
  3. Başqalarının kompüterindən və ya etibarlı olmayan şəbəkələrdən internet-bank xidmətinə daxil olmayın. Daxil olduqda isə internet-bankdan çıxmağı və brauzerin keşini silməyi unutmayın.