Sifariş tarixçəsinin silinməsi

Hər bir gediş üzrə məlumat tətbiqin menyusunda  → Sifariş tarixçəsi bölməsində əlçatandır.

Sifariş kartında gedişin marşrutu, qiyməti, tarixi və vaxtı qeyd edilir.

Daha çox məlumat görmək üçün kartın üzərinə basın:
  • Minmə və düşmə ünvanları
  • Gediş/çatdırılma müddəti
  • Avtomobil barədə məlumat
  • Sürücü barədə məlumat
  • Tarif və yekun qiymət

Sifariş tarixçəsində Zəng et düyməsi əlçatandır. Sifarişi yerinə yetirmiş sürücü ilə növbəti sifarişi verməzdən əvvəl və gedişdən sonra 24 saat ərzində əlaqə saxlamaq mümkündür.

Gedişi tarixçədən silmək üçün:

  1. Tətbiqin menyusuna daxil olun  → Sifariş tarixçəsi bölməsinə keçin.
  2. Silmək istədiyiniz gedişi seçin.
  3. Gediş barədə məlumatdan sonra Gedişi sil seçiminə basın və Sil bəndini seçin.