Ödəniş üsulunun seçilməsi

Gediş haqqını nağd pulla və ya bank kartı ilə ödəmək mümkündür.

Gedişləri kart ilə ödəmək üçün onu tətbiq ilə əlaqələndirin. Maksimum 5 ödəniş kartı əlavə etmək olar. Seçim sifarişi iOS (8.0 və ya daha sonrakı versiya) və ya Android (4.0 və daha sonrakı versiya) üçün tətbiq vasitəsilə sifariş zamanı əlçatandır.

Ödəniş üsulunu avtomobl sifariş edən zaman seçin. Gediş başladıqdan sonra nağd pulla ödəniş üsulunu kart ilə ödəniş üsuluna dəyişə bilərsiniz, əksinə isə dəyişmək mümkün deyil.

Kart ilə ödəniş üsulunu seçən zaman kart bloklanmış olduqda və ya hesabda kifayət qədər vəsait olmadıqda ödəniş üsulu avtomatik olaraq nağd pulla ödəniş üsuluna keçiriləcək. Sizə və sürücüyə tətbiqdə bu barədə mesaj göndəriləcək.