Gedişin qiyməti dəyişib

Qiymət aşağıdakı hallarda arta bilər:

  • Sifariş edən zaman təyinat ünvanı göstərilməyib və ya yolda olan zaman dəyişdirilib. Belə olan halda qiymət ünvana çatdıqdan sonra hesablanacaq.
  • Ödənişli gözləmə vaxtı tətbiq edilib. Hər bir sifarişə bir neçə dəqiqə pulsuz gözləmə daxildir. Bu dəqiqələr bitən zaman gediş haqqı tarifə uyğun artır.
  • Tətbiqdə avtomatik bəxşiş seçimi aktiv edilib.

Ödəniş ilə bağlı hər hansı haqsızlıq baş verdikdə bizə məlumat verin — kömək etmək üçün əlimizdən gələni edəcəyik.