Pul vəsaitləri iki dəfə ödənilib
Sifariş verən zaman kart ilə ödəniş üsulu seçilibsə və daha sonra ödəniş üsulu dəyişdirilməyibsə, pul vəsaitləri avtomatik olaraq çıxılacaq, sürücüyə nağd pul ilə ödəniş etmək lazım deyil.
Səhvən həm nağd pul, həm də kart ilə ödəniş etmisinizsə, sürücü ilə əlaqə saxlamağa çalışın, zəng düyməsi sifariş tarixçəsində bir gün ərzində əlçatandır.
Pul vəsaitləri əvvəlcə ödəniş kartında dondurulduğu və daha sonra çıxıldığı üçün bəzən bank çıxılma barədə bildirişi iki dəfə göndərə bilər. Əlavə çıxılmaların olmadığından əmin olmaq üçün bank çıxarışına nəzər sala bilərsiniz.
Ödəniş ilə bağlı başqa probleminiz yaranarsa, qeyd edin. Məmnuniyyətlə kömək edərik.