Müxtəlif tariflərdə sifarişləri müxtəlif avtomobillər ilə yerinə yetirmək mümkündür. Tarifə çıxış imkanı verilən zaman avtomobilin modeli və buraxılış ili, eləcə də orta bazar qiyməti nəzərə alınır. Sifarişləri yalnız dörd qapılı avtomobillər ilə yerinə yetirmək mümkündür. Taksi fəaliyyəti üzrə lisenziyanız olmadığı halda şəxsi avtomobiliniz ilə işləmək istəyirsinizsə, sərnişin daşıya bilməyəcəksiniz. Belə olan halda yalnız yük və bağlamalar daşıya bilərsiniz.