Hüquqi məlumat
ŞƏRTLƏR VƏ QAYDALAR
Dərc olunma tarixi: 30.01.2024
Qüvvəyə minmə tarixi: 31.01.2024
1. Müqavilə Münasibətləri
Bu İstifadə Şərtləri (“Şərtlər”) siz, fiziki şəxs tərəfindən aşağıdakıların təmin etdiyi tətbiqlərin, veb-saytların, məzmunun, məhsulun və xidmətlərin (“Xidmətlər”) istifadəsini və ya onlara çıxış imkanını tənzimləyir:
- “Yandex.Taxi” MMC, Rusiya Federasiyasında qeydiyyatdan keçmiş OGRN 5157746192731, Moskva, 115035, st. Sadovniçeskaya, 82, bina 2, otaq 916 ünvanında qeydiyyatlı məhdud məsuliyyətli cəmiyyətdir;
- Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təsis edilmiş Azərbaycan Respublikası, Bakı şəh., Tbilisi prospekti 49/C, Çıraq Plaza, 7-ci mərtəbə, AZ1065 ünvanında yerləşən, 2003320301 qeydiyyat nömrəli “UBER AZƏRBAYCAN” MMC şirkəti;
- “BelGo Corp” MMC Belarus Respublikası ərazisində 193416131 qeydiyyat nömrəsi ilə Belarus Respublikasında qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətdir;
- “Uber ML B.V.” Niderlandda təsis edilmiş, Schiphol Boulevard 291, 1118 BH Schiphol ünvanında yerləşən, Amsterdam Ticarət Palatasında 69453632 nömrəsi ilə Qazaxıstan ərazisində qeydiyyatdan keçirilmiş özəl məhdud məsuliyyətli cəmiyyətdir;
(birlikdə “Uber” adlandırılacaq).
ZƏHMƏT OLMASA, XİDMƏTLƏRƏ ÇIXIŞ ALMADAN VƏ ONLARDAN İSTİFADƏDƏN ƏVVƏL BU ŞƏRTLƏRİ DİQQƏTLƏ OXUYUN.
Xidmətlərə çıxışınız və onlardan istifadəniz siz və Uber arasında müqavilə münasibətlərini təyin edən bu Şərtlərlə razılaşmanızı təsdiq edir. Bu Şərtlərlə razı olmadığınız halda, Xidmətlərə çıxış ala və onlardan istifadə edə bilməyəcəksiniz. Hazırki Şərtlər sizinlə bağlanan əvvəlki bütün razılaşmalar və ya müqavilələri açıq şəkildə əvəz edir. Uber istənilən zaman istənilən səbəbdən bu Şərtləri və ya sizinlə bağlı hər hansı Xidmətləri dərhal dayandıra və ya ümumilikdə Xidmətlər və ya onların hər hansı hissəsini təklif etməkdən imtina edə və ya onlara çıxışın qarşısını ala bilər.
Müəyyən Xidmətlərə xüsusi hal barəsində siyasət, reklam xarakterli fəaliyyət və tədbirlər kimi əlavə şərtlər tətbiq edilə bilər; bu halda, müvafiq Xidmətlərlə bağlı belə əlavə şərtlər sizə açıqlanacaqdır. Əlavə şərtlər müvafiq Xidmətlərin təqdim edilməsi üzrə Şərtlərə əlavədir və hazırki şərtlərin bir hissəsi hesab edilməlidir. Müvafiq xidmətlər barəsində hər hansı ziddiyyət yarandıqda Əlavə şərtlər hazırki Şərtlərdən üstün qüvvəyə malikdir.
Uber vaxtaşırı olaraq təqdim olunan Xidmətlərlə bağlı Şərtləri dəyişə bilər. Dəyişikliklər Uber tərəfindən bu cür yenilənmiş Şərtlərin və ya daxil edilmiş düzəlişlərlə siyasətin və ya müvafiq xidmətlərin təqdim edilməsi üzrə əlavə şərtlərin burada dərc edilməsi anından qüvvəyə minəcək. Sizin xidmətlərə daimi çıxışınız və ya onlardan istifadə belə dərcdən sonra yeni Şərtlərlə razılaşmanızı təsdiq edəcək.
Xidmətlərlə bağlı şəxsi məlumatı toplama və ondan istifadə etmə ərazidən asılı olaraq aşağıdakı Məxfilik Siyasətləri ilə tənzimlənir:
- Rusiya Federasiyası, https://yandex.ru/legal/confidential ünvanında yerləşən “Yandex” MMC-nin Məxfilik Siyasəti,
- Azərbaycan Respublikası, https://support-uber.com/ppEN ünvanında yerləşən “UBER AZƏRBAYCAN” MMC nin Məxfilik Siyasəti,
- Belarus Respublikası, https://yandex.by/legal/personal_data ünvanında yerləşən “BelGo Corp” MMC-nin Məxfilik Siyasəti,
- Qazaxıstan Respublikası, https://yandex.ru/legal/confidential ünvanında yerləşən “Yandex” MMC-nin Məxfilik Siyasəti.
Siz və Kənar təchizatçı (nəqliyyat şirkətinin sürücüsü daxil olmaqla) cəlb edilməsi ilə baş verən bədbəxt hadisə daxil olmaqla, şikayət, mübahisə və ya münaqişə olduqda və müvafiq məlumat şikayət, mübahisə və ya münaqişənin həlli üçün vacib olduqda Uber iddiaçının vəkili və ya sığortaçını bütün lazımi məlumatla təmin edə bilər (əlaqə məlumatınız daxil olmaqla).
Xidmətlərdən istifadə edərkən və Sizə xidmətlərin göstərilməsi məqsədləri üçün Siz sərhəd-keçmə transferi, KənarTəchizatçıKənar təchiztçılara və Uber ilə əlaqədar şəxslərə , eləcə də aşağıda qeyd olunan şəxslərə sizin şəxsi məlumatlarınızın ötürülməsini Uber şirkətinə icazə verirsinizn:
“RideTechnology Global FZ-LLC” 101640 lisenziya nömrəsi ilə BƏƏ, Dubay Əmirliyində qeydiyyatdan keçmiş, 104A, First Floor, Bld. 12, Dubai Internet City, Dubay Əmirliyi, Birləşmiş Ərəb Əmirlikləri ünvanında qeydiyyatlı şirkətdir:
- Bu məlumatlara dair məxfilik tələblərinə riayət etməklə Uber-in tapşırığı ilə i məlumatlarınızı toplayır və emal edir;
- sizə Xidmətlər göstərilməsinin məqsədləri üçün Uber şəxsi məlumatlarınızın bir qismini bu şirkətdən alır (əgər sizinlə razılıq əsasında belə bir məlumat “RideTechnology Global FZ-LLC” tərəfindən öncə toplanmışdırsa);
- təqdim etdiyi Xidmətlərin keyfiyyətini bu cür məlumatın təhlili və araşdırılması yolu ilə yaxşılaşdırmaq məqsədilə Uber şəxsi məlumatlarınızın bir qismini həmin şirkətə təqdim edir.
2. Xidmətlər
Xidmətlər, onların bir hissəsi kimi qəbul olunmuş Uber mobil tətbiq proqramları və ya vebsaytları (hər biri ayrılıqda “Tətbiq Proqramı”) istifadəçilərinə daşınma və/və ya təchizat xidmətlərinin bu cür xidmətlərin müstəqil kənar təchizatçılarKənarTəchizatçı, eləcə də Uber və ya müəyyən Uber filiallarının müqavilə bağladığı müstəqil KənarTəchizatçıTəchizatçılarınəqliyyat şirkətləri və müstəqil kənar təchizatçılar KənarTəchizatçı (“KənarTəchizatçıKənar təchizatçılar”) ilə pulsuz təşkil edilməsi və planlaşdırılması imkanını verən texnoloji platformadır. Uber tərəfindən ayrıca yazılı müqavilədə razılaşdırılmadığı halda, Xidmətlər yalnız sizin şəxsi, qeyri-ticari istifadəniz üçün mümkün edilir. SİZ QƏBUL EDİRSİNİZ Kİ, UBER DAŞINMA VƏ YA TƏCHİZAT XİDMƏTLƏRİ TƏMİN ETMİR VƏ YA NƏQLİYYAT ŞİRKƏTİ KİMİ FƏALİYYƏT GÖSTƏRMİR VƏ BÜTÜN BU CÜR DAŞINMA VƏ TƏCHİZAT XİDMƏTLƏRİ UBER VƏ YA ONUN HƏR HANSI FİLİALLI İLƏ ƏMƏK MÜQAVİLƏSİ OLMAYAN MÜSTƏQİL KƏNAR PODRATÇILARI TƏRƏFİNDƏN TƏMİN EDİLİR. XİDMƏTLƏR VƏ YA MƏHSULLARIN ƏLDƏ OLUNMASI İLƏ BAĞLI SİZİNLƏ KƏNAR TƏCHİZATÇILAR ARASINDA MÜNASİBƏTLƏR SİZİNLƏ KƏNAR TƏCHİZATÇILAR ARASINDA QƏBUL OLUNAN MÜVAFİQ RAZILAŞMALAR İLƏ TƏNZİMLƏNİR VƏ UBER BU RAZILAŞMALARDA TƏRƏF QİSMİNDƏ ÇİXİŞ ETMİR.
Lisenziya.
Sizin bu Şərtlərə əməl etməniz şərtləri ilə Uber sizə aşağıdakılar üçün qeyri-eksklyuziv, ötürülə bilməyən, alt-lisenziya yaradıla bilməyən, başqalarına keçirilə bilməyən lisenziya verir: (i) yalnız Xidmətlərdən istifadəniz məqsədilə Tətbiq Proqramlarını şəxsi cihazınızda açmaq və onlardan istifadə etmək; və (ii) Xidmətlər vasitəsilə mümkün edilə bilən hər hansı məzmun, məlumat və ya əlaqədar materiallara çıxış və onlardan istifadə (hər bir halda yalnız şəxsi və qeyri-ticari istifadə üçün). Burada xüsusilə təmin edilməyən bütün hüquqlar Uber və Uber lisenziyaçılarına aid olaraq qalır.
Məhdudiyyətlər.
Sizin aşağıdakıları etmək hüququnuz yoxdur: (i) Xidmətlərin hər hansı hissəsindən müəllif hüququ, ticarət nişanı və ya başqa mülkiyyət qeydlərini silmək; (ii) Uber tərəfindən xüsusi icazə verilmədiyi hallarda Xidmətləri təkrar təmin etmək, dəyişmək, onlara əsasən ayrıca iş hazırlamaq, yaymaq, lisenziya vermək, lizinqlə vermək, satmaq, təkrar satmaq, ötürmək, açıqlamaq, açıq şəkildə icra etmək, paylamaq, yayımlamaq və ya başqa cür istismar etmək; (iii) müvafiq qanunla icazə verilmədiyi halda Xidmətlərin mənbə kodunu açmaq, pozmaq və ya sökmək; (iv) Xidmətlərin hər hansı hissəsinə çıxış təqdim etmək, əks etdirmək və ya çərçivələmək; (v) Xidmətlərin hər hansı hissəsinin kəsilməsi, indekslənməsi, sorğulanması və ya təhlili məqsədilə hər hansı proqram və ya sxem yaratmaq və ya yaradılmasına səbəb olmaq və ya Xidmətlərin hər hansı hissəsinin əməliyyatı və/və ya funksionallığını dayandırmaq və ya ləngitmək; və ya (vi) Xidmətlərin hər hansı hissəsi və ya onlarla bağlı sistem və ya şəbəkələrə səlahiyyətsiz çıxış cəhdi etmək.
Xidmətlərin Təminatı.
Siz qəbul edirsiniz ki, Xidmətin müxtəlif hissələrinə giriş Uber şirkətinin o cümlədən https://support-uber.com/tariff saytında göstərilən müxtəlif brendləri ilə və ya daşıma və ya logistika ilə bağlı sorğu variantları ilə təqdim edilə bilər. Siz eyni zamanda qəbul edirsiniz ki, Xidmətlər həmin brendlərə və ya sorğu parametrlərinə əsasən aşağıdakılarla əlaqədar və ya onlarla bağlı təmin edilə bilər: (i) Uber-in ayrı-ayrı törəmə şirkətləri və affilyasiya olunmuş şəxsləri; və ya (ii) müsqətil KənarTəchizatçıkənar təchiztçıları, o cümlədən, nəqliyyat şirkətinin sürücüləri, daşınma çarteri icazəsi olanlar və ya bənzər daşınma icazələri, səlahiyyətləri və ya lisenziyaları olanlar.
Kənar təchizatçıların KənarXidmətləri və Məzmun.
Xidmətlər Uber tərəfindən idarə edilməyən kənar təchizatçılarKənar tərəfindən xidmətlər və məzmun (reklam daxil olmaqla) ilə bağlı əlçatan ola və ya əldə edilə bilər. Siz qəbul edirsiniz ki, fərqli xidmət şərtləri və məxfilik siyasəti sizin Kənarkənar təchizatçıların xidmətləri və məzmunundan istifadənizə tətbiq edilə bilər. Uber belə kənar təchizatçılarınKənar xidmətləri və məzmununu təsdiq etmir və heç bir halda Uber belə kənar təchizatçıların Kənar Təchizatçı Təchizatçıların məhsulları və xidmətləri üçün məsuliyyət daşımamalıdır. Bundan əlavə Apple Inc., Google, Inc., Microsoft Corporation və ya BlackBerry Limited şirkətləri və/və ya onların müvafiq beynəlxalq nümayəndə və filialları sizin Apple iOS, Android, Microsoft Windows və ya Blackberry mobil cihazları üçün hazırlanmış Tətbiq Proqramlarından istifadə edərək Xidmətlərə çıxışınız zamanı bu müqavilənin Kənar benefisiarları olacaqdır. Həmin Kənarkənar benefisiarlar bu müqavilənin tərəfləri deyil və heç bir halda Xidmətlərin təminatı və ya dəstəyi üçün məsuliyyət daşımır. Sizin bu cihazlar vasitəsilə Xidmətlərə çıxışınız müvafiq Kənarkənar benefisiarlarının xidmət şərtlərində qeyd edilmiş şərtlərlə idarə edilir.
Mülkiyyət forması
Xidmətlər və hazırki sənəddə qeyd edilən bütün hüquqlar Uber şirkətinin və ya Uber lisenziyaçılarının mülkiyyətidir və mülkiyyəti olaraq qalmalıdır. Nə bu Şərtlər, nə də sizin Xidmətlərdən istifadəniz sizə aşağıdakı hüquqları vermir: (i) yuxarıda qeyd edilən məhdud lisenziyadakı hüquqlardan başqa Xidmətlər və onlarla bağlı hüquqlar; və ya (ii) Uber və ya Uber lisenziyaçılarının hüquqi adları, loqoları, məhsul və xidmət adları, ticarət nişanları və ya xidmət nişanlarından istifadə etmək və ya onlara istinad etmək hüququ.
3. Sizin Xidmətlərdən İstifadəniz
İstifadəçilərin Hesabları.
Xidmətlərin əksər imkanlarından istifadə etmək üçün siz Xidmətlər üçün aktiv şəxsi istifadəçi hesabı yaratmalı və qeydiyyatdan keçməlisiniz (“Hesab”). Hesab açmaq üçün sizin 18 yaşınız və ya qanunvericiliyinizə əsasən yetkinlik yaşınız (18 yaş olmadığı halda)olmalıdır.Uber şirkətində qeydiyyatdan keçərkən aşağıdakı şəxsi məlumatları təqdim etməlisiniz: mobil telefon nömrəsi. Tətbiqin əlavə imkanlarından istifadə etmək üçün etibarlı ödəniş metodlarından birinin göstərilməsi tələb olunacaq: bank kartı və ya səlahiyyətli ödəniş xidmətinin məlumatları. Gediş barədə hesabatlar əldə etmək üçün e-poçt adresinizi də təqdim etməlisiniz. Siz Hesabınızda dəqiq, tam və yenilənmiş məlumatı qeyd etməyə razılaşırsınız. Siz Hesabınızda yanlış və ya etibarsız ödəniş metodu daxil olmaqla, dəqiq, tam və yenilənmiş məlumatı qeyd etmədikdə, bu, sizin Xidmətlərə çıxışınız və onlardan istifadənizi mümkün etməyə və ya Uber ilə aranızda bağlanmış bu Müqaviləyə xitam verilməsinə səbəb ola bilər. Siz Hesabınızda baş verən bütün əməliyyatlara görəməsuliyyət daşıyırsınız və Hesabınızın istifadəçi adı və şifrənizi həmişə qorumaq və təhlükəsizlikdə saxlamağa razılaşırsınız. Uber tərəfindən yazılı icazə verilidyi hallar istisna olunmaqla, siz yalnız bir Hesab yarada bilərsiniz.
Stifadəçiyə və onun davranışına qarşı tələblər
18 yaşına çatmamış şəxslər Xidmətdən istifadə edə bilməz. Siz üçüncü şəxslərə Hesabınızdan istifadə etmək icazəsini verə bilməzsiniz və 18 yaşı tamam olmamış şəxslərə Kənar Təchizatçılarından daşınma və ya təchizat xidmətləri almağa imkan verməməlisiniz (tərəfinizdən müşayiət edilmədikdə). Hesabınızı hər hansı başqa fiziki və ya hüquqi şəxsə ötürə bilməzsiniz. Siz Xidmətlərdən istifadə edən zaman bütün müvafiq qanunlara əməl etməyə və Xidmətlərdən yalnız qanuni məqsədlər üçün istifadə etməyə (məsələn, qanunsuz və ya təhlükəli materialların daşınması üçün deyil) razısınız. Siz Xidmətlərdən istifadə edən zaman hər hansı Kənar TəchizatçınıTəchizatçı narahat etməyəcək, ona çətinliklər yaratmayacaq və ya mülkiyyətinin zədələnməsinə səbəb olmayacaqsınız. Müəyyən mərhələlərdə sizdən Xidmətlərə çıxış almaq və onlardan istifadə etmək üçün şəxsiyyətinizi təsdiq etmək tələb edilə bilər və siz şəxsiyyətinizi təsdiq etməkdən imtina etdikdə, Xidmətlərə keçid almaq və ya onlardan istifadə etmək müraciətiniz qəbul olunmaya bilər.
Mətn Mesajlaşması.
Hesab yaratmaqla siz Xidmətlərdən istifadənizin normal iş fəaliyyətinin bir hissəsi kimi Xidmətlərin sizə mətn mesajları (SMS/email) göndərə biləcəyinə razılıq verirsiniz. Siz həmçinin Uber və onun filiallarından reklamlar da bura daxil mesajlar almaq razılığını verirsiniz. Siz istənilən zaman dəstək xidmətinə müraciət göndərməklə və mobil nömrənizi (mesajları qəbul edən nömrəniz) və daha bu cür mesajlar almaq istəmədiyinizi qeyd edərək belə mesajları almaqdan imtina edə bilərsiniz. Siz qəbul edirsiniz ki, mətn mesajlarından (SMS/email) imtina etmək Xidmətlərdən istifadənizə təsir edə bilər.
Promokodlar.
Uber şirkəti şəxsi mülahizəsinə görə promo-kodlar yarada bilər ki, onlar Hesabın balansına daxil edilməklə istifadə edilə bilər, Uber şirkətinin promo-kodlar ("Promo-kodlar") barəsində müəyyən etdiyi istənilən əlavə şərtlərə əsasən başqa funksiyaları təmin edə və ya kənar təchizatçıların Xidməti/Xidmətlərilə bağlı hər hansı fayda verə bilərlər. Təchizatçı Siz Təşviqat Kodları ilə bağlı aşağıdakılarla razılaşırsınız: (i) onlar müəyyən auditoriya və məqsədlər üçün və qanuni şəkildə istifadə edilməlidir; (ii) Uber tərəfindən xüsusi icazə verilmədikdə onlar təkrarlana, satıla və ya ötürülə bilməz və ya ictimaiyyətə açıqlana (dərc edilmiş halda olub olmamasından asılı olmayaraq) bilməz; (iii) Uber tərəfindən istənilən zaman istənilən səbəbdən qeyri-aktiv edilə bilər və Uber buna görə öhdəlik daşımayacaq; (iv) yalnız Uber-in belə Təşviqat Kodu üçün təsbit etdiyi xüsusi şərtlərə əməl etməklə istifadə oluna bilər; (v) nağd pula dəyişdirilə bilməz; və (vi) siz onları istifadə etmədən əvvəl istifadə müddəti bitə bilər.
Ödənişli təqdim edilmə
Yerləşdiyiniz yerdən və orada əlçatan nəqliyyat vasitələrinin olmasından asılı olaraq, Sizə, əlavə ödəniş etməklə, daha uzaq yerdən nəqliyyat vasitəsi istifadə edərək Daşıma xidmətini (“Ödənişli xidmət”) sifariş etmək təklif oluna bilər. Belə Ödənişli xidmətin qiyməti müvafiq nəqliyyat vasitəsi ilə yerləşdiyiniz yer arasındakı məsafə (1) və belə nəqliyyat vasitəsinin bu məsafəni qət etməsi üçün lazım olan vaxtdan (2) irəli çıxaraq hesablanacaq. Siz öz mülahizənizə görə Uber mobil tətbiqində müvafiq düyməni basaraq Ödənişli xidmətə dair təklifi qəbul edə və ya ondan imtina edə bilərsiniz. Ödənişli xidmət təklifini qəbul etdikdə, Ödənişli xidmət barədə təklifin qiyməti Daşıma xidmətinin dəyərinə əlavə ediləcəkdir. Ödənişli xidməti daxil edən sifariş qəbul edildikdən sonra sifarişin pulsuz ləğvi üçün müddət verilir (Pulsuz imtinanın müddəti). Pulsuz imtinanın müddəti hər bir konkret sifariş üçün hesablanır və Uber mobil tətbiqində sizinkinə çatdırılır. Pulsuz imtinanın müddəti bitdikdən sonra sifarişi ləğv etmək qərarına gəlsəniz (gecikdirilmiş imtina), Sizdən Ödənişli xidmətin tam dəyəri çıxılacaq (yalnız bank kartı ilə ödənilən Daşıma xidmətlərinə tətbiq oluna bilər).
Azərbaycanda Xidmət haqqı
Azərbaycanda Şirkət İstifadəçilərdən Xidmətdən istifadə edərək qəbul edilmiş hər bir Sorğuya görə komissiya alır (bundan sonra Xidmət haqqı adlandırılacaq). Xidmətə görə haqq Şirkət tərəfindən İstifadəçilərə Xidmətin göstərilməsi ilə bağlı iqtisadi cəhətdən əsaslandırılmış xərclər əsasında hesablanmış əvvəlcədən müəyyən edilmiş məbləğdir. Xidmət haqqı sabit ödəniş və ya səfərin dəyərinin faizi kimi müəyyən edilə bilər.
Xidmət vasitəsilə Sorğu yerləşdirdikdə İstifadəçi Xidmət haqqının məbləği ilə qeyd şərtsiz razılaşır. Xidmət haqqının cari məbləğini Uber Azərbaycan proqramında (sifariş verərkən İstifadəçiyə açılan tariflər səhifəsində), eləcə də müəyyən bir şəhər üçün tariflər səhifəsində Uber Azərbaycan saytında tapa bilərsiniz.
Şirkət Xidmət haqqının məbləğini dəyişmək hüququnu özündə saxlayır. Bəzi hallarda, İstifadəçinin Xidmətə loyallıq səviyyəsinin artırılması və marketinq tədbirlərinin keçirilməsi və/və ya sınağın bir hissəsi kimi Şirkət İstifadəçiyə Xidmət Haqqında endirim etmək hüququna malikdir.
İstifadəçi Xidmət haqqını ödəmədikdə, Şirkət İstifadəçi Xidmət haqqını ödəyənə qədər Xidmətin və ya onun bəzi xüsusiyyətlərinin İstifadəçiyə təqdim edilməsini dayandıra bilər.
İstifadəçi Tərəfindən təqdim edilən məzmun.
Uber öz müstəqil qərarı ilə vaxtaşırı olaraq sizə Xidmətlər vasitəsilə mətni, səsli və/və ya vizual məzmun və ya məlumatı, eləcə də Xidmətlərlə bağlı şərh və rəylərinizi, dəstək sorğularınız və müsabiqə və təşviqatlar üçün məlumatınızı Uber-ə göndərmək, saytına yükləmək və ya dərc etmək icazəsi verə bilər (“İstifadəçi Məzmunu”). Sizin tərəfinizdən təmin edilən istənilən İstifadəçi Məzmunu sizin mülkiyyətiniz olaraq qalır. Buna baxmayaraq, İstifadəçi Məzmununu Uber-ə təqdim etməklə siz Uber-ə və onun filiallarına əvvəlcədən xəbərdarlıq etmədən və ya sizin razılığınızı almadan və sizə və ya hər hansı başqa fiziki və ya hüquqi şəxsə heç bir ödəniş etmədən bu cür İstifadəçi Məzmununu məlum olan və ya sonradan işlənib-hazırlanmış bütün format və yayım kanallarında (Xidmətlər və Uber-in biznesi ilə bağlı, eləcə də Kənar saytlar və xidmətlərlə bağlı) istifadə etmək, nüsxələmək, dəyişmək, törəmə məhsullar yaratmaq, yaymaq, açıqlamaq, icra etmək və ya istismara buraxmaq hüququ ilə, bununla yanaşı müəllif və hüquq sahiblərinin adını çəkmədən, ilk dəfə Uber tərəfindən həmin İstifadəçi Məzmununu ictimaiyyətə açıq etmək hüququ ilə, həmçinin bu İstifadəçi Məzmununu əqli fəaliyyətin digər nəticələrinə daxil etmək ya da bədii dəyərindən asılı olmayaraq əqli fəaliyyətin digər nəticələri ilə əlaqədar onu istifadə etmək hüququ ilə ümumdünya miqyaslı, həmişəlik, geri alınmayan, pulsuz, başqalarına ötürülə bilən icazə/lisenziya verirsiniz.
Siz burada təsdiq edir və zəmanət verirsiniz ki: (i) siz ya bütün İstifadəçi Məzmununun tək və müstəsna sahibisiniz, ya da Uber-ə yuxarıda qeyd edilən İstifadəçi Məzmununun istifadəsi üçün lisenziya verməklə bağlı bütün hüquq, lisenziya, razılıq və buraxılışlara maliksiniz; və (ii) nə İstifadəçi Məzmununun özü, nə də sizin bu cür İstifadəçi Məzmununu göndərməniz, yükləməniz, dərc etməniz və ya mümkün etməniz, nə də Uber-in və ya onun filialları tərəfindən burada icazə verilən şəkildə İstifadəçi Məzmunundan istifadəsi üçüncü şəxslərin mülkiyyət hüquqlarını, məxfilik və ya ictimailik hüquqlarını pozmayacaq və ya müvafiq qanun və ya qaydaların pozulması ilə nəticələnməyəcək.
Siz Uber-in müstəqil qərarı ilə bu cür qəbul edilən hörmətdən salan, şər atan, nifrətoyadıcı, zorakı, nəlayiq, pornoqrafik, qeyri-qanuni və ya təhqiredici İstifadəçi Məzmununu təmin etməyəcəyinizlə razılaşırsınız (bu cür məlumatın təqdim edilməsi qanunla qorunub qorunmamasından asılı olmayaraq). Uber öz müstəqil qərarı ilə istənilən zaman və istənilən səbəbdən, sizi məlumatlandırmadan İstifadəçi Məzmununa baxa, yoxlaya və silə bilər (lakin bunu etmək üçün məcburiyyət öhdəliyini daşımayacaq).
Şəbəkəyə Çıxış və qurğular.
Siz Xidmətlərdən istifadə etmək üçün məlumat şəbəkəsinə çıxış əldə etmək üçün məsuliyyət daşıyırsınız. Naqilsiz cihaz vasitəsilə Xidmətlərə çıxdığınızda və onlardan istifadə etdiyinizdə sizin mobil şəbəkə Təchizatçınız məlumatların ötürülməsi və mesajlaşma üçün əlavə xərclər tətbiq edə bilər və siz bu tariflərin ödənilməsinə məsuliyyət daşımalısınız. Siz Xidmətlər və Tətbiq Proqramlarına çıxış almaq və onlardan istifadə etmək üçün lazım olan müvafiq cihaz və avadanlıqları əldə etmək və onları yeniləmək üçün məsuliyyət daşıyırsınız. Uber Xidmətlərin və ya onların hər hansı hissəsinin bu cür avadanlıq və cihazlarda işləməsinə zəmanət vermir. Bundan əlavə, İnternet və elektron kommunikasiyaların istifadəsi səbəbindən Xidmətlərdə nasazlıq və gecikmələr ola bilər.
Müxtəlif xidmət növləri
Çatdırılma xidmətinin sifarişi zamanı (əgər belə xidmət ölkədə əlçatandırsa) Siz aşağıdakılarla razılaşırsınız:
1. Çatdırılma xidmətinin sifarişi zamanı, Siz bilavasitə xidmət Partnyoruyla müvafiq çatdırılma müqaviləsi imzalayırsınız. Uber xidmət Partnyorunun öz öhdəliklərinin icrasının həcmi, keyfiyyəti və müddətlərinə görə Sizin qarşınızda məsuliyyət daşımır.
2. Siz növbəti əşyaları çatdırmamağı öhdənizə götürürsünüz:
- döyüş odlu silahı, mülki və xidməti silah, döyüş sursatları, onlara ehtiyat hissələri və komplektləşdiriciləri, idman yayları və arbaletlər, işıq, tüstü və səs siqnalları ötürülməsi üçün silahları, elektrik silahı, elektroşok qurğuları və qığılcım elektrik boşaldıcıları, zərbəyə davamlı, batan-kəsən təsirə malik olan soyuq odlu silah, mühasirə alətləri, kastetlər, surikenlər, bumeranqlar və başqa əşyalar, hər hansı məqsədlə istiadə olunan xüsusi texniki vasitələr istisna olmaqla idman sursatları və onlar üçün komplektləşdirənlər;
- narkotik vasitələr, psixotrop maddələr, onların prekursorları və alternativləri;
- nüvə materialları, radioaktiv, güclü təsirli, dağıdıcı, partlayıcı və tez alovlanan maddələr, partlayıcı maddələr, pirotexnika maddələri və onların tətbiq məhsulları və digər təhlükəli maddələr;
- zəhərlər, zəhərli heyvanlar, zəhərli maddələr və zəhərli bitkilərin toxumları;
- milli məzənnə və xarici valyuta;
- konstitusiya quruluşunun, dövlətin bütövlüyünün zorakı yolla dəyişməsinin, dövlət təhlükəsizliyinin pozulmasının təbliğatı, müharibələr, sosial, irqi, milli, dini, sinif və nəsil üstünlüyü, qəddarlıq, zorakılıq və pornoqrafiya kultu tərkibli çap məhsulları, təsviri materiallar, kino-, foto-, audio-, və videomateriallar;
- xüsusi qablaşdırması olmayan tez xarab olan məhsullar;
- tez xarab olan qida məhsulları (Azərbaycan Respublikasının ərazisində şəhərlər arasında xidmətlərin göstərilməsi zamanı istifadə olunur);
- öz xarakterinə və ya qablaşdırmasına görə insanlar üçün təhlükə kəsb edə biləcək, digər yükləri, insanları və ya predmetləri çirkləndirə və ya (zədələyə) korlaya bilən əşyalar və maddələr;
- heyvanlar və bitkilər, bioloji materiallar;
- qida məhsulları da daxil olmaqla xüsusi olaraq təchiz edilmiş nəqliyyat vasitələrində daşınma tələb edən predmetlər;
- açıq tarada mayelər;
- ölçü məbləğinin (xüsusi şərtləndirilmiş hallardan başqa) cəmi uzunluğu, eni (rulonun əsasında iki diametrə və ya oxu üzrə) və hündürlüyü 150 sm ötən iriqabaritli əşyalar, uzunluğu 150 santimetrdən yuxarı olan uzun predmetlər; ötürülən əşyaların çəkisi 20 kq çox ola bilməz;Xidmətin Partnyorunun piyada nümayəndəsi tərəfindən çatdırılma xidmətinin sifarişi zamanı ötürülən əşyaların (en, uzunluq, hündürlük) ölçüsü 50x50x50 sm ötməməlidir; ötürülən əşyaların çəkisi 10 kq ötməməlidir qablaşdırmasız kövrək detallar;
- çatdırılma xidmətinin sifarişi ərazisində qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış istənilən başqa predmetlər.
əvvəlcədən haqqı ödənməmiş mal.
Servisin partnyorları poçt/kuryer əlaqəsi xidməti göstərmirlər və poçt göndərişlərinin (ünvanlı yazı korrespondensiyası, poçt bağlamaları, konteynerləri, müvfiq qablaşdırmada çap məhsulları) çatdırılmasını qəbul etmirlər.
Xidmətin partnyorları çatdırılma barəsində başqa məhdudiyyətləri müəyyən edə bilərlər.
Xidmətin Partnyorunun nümayəndəsi (sürücü) yükün İstifadəçi tərəfindən ötürülən yükün tərkibinə çıxışa malik deyil və tərkibin qanunvericilik tələblərinə uyğunluğuna görə hüquqi məsuliyyət daşımır. Kuryer çatdırılması xidmətlərinin göstərilməsi çərçivəsində Xidmətin Partnyorunun nümayəndəsi (sürücü) taradaxili tərkibin yoxlanması aparılmadan yerlərin sayı üzrə yükü qəbul edir.
İstifadəçi tanış olub, təsdiq edir ki, çatdırılmaya ötürülən əşyalara yuxarıda göstərilən tələblərə riayət olunmaması zamanı, Xidmətin partnyorları tərəfindən kuryer çatdırılması üzrə xidmətlərin göstərilməsi prosesində ola biləcək bütün neqativ nəticələrə görə o tək məsuliyyət daşıyır. Bu zaman Xidmətin partnyoru Xidmətin partnyoru / Xidmətin partnyorunun nümayəndələri tərəfindən ötürülməsinə icazə verilməyən əşyaların aşkar etməsi zamanı kuryer çatdırılması üzrə xidmətin göstərilməsində İstifadəçiyə imtina etmək hüququna malikdir.
4. Ödəniş
Siz dərk edirsiniz ki, Xidmətlərdən istifadə sizin Kənar Təchizatçılardan qəbul etdiyiniz xidmət və ya məhsullar üçün əlavə xərclərə səbəb ola bilər (“Yığımlar”). Ödənişin qəbul edilməsi bu məqsədlə cəlb olunan üçüncü şəxslər tərəfindən həyata keçirilə bilər. Qanun tələb edərsə, kassa qəbz istifadəçinin qeydiyyatdan keçdiyi abunə nömrəsinə mobil proqram vasitəsi ilə göndərilir və mobil proqramda istifadəçiyə təqdim olunur. Xərclərin bu yolla ödənilməsi birbaşa sizin Kənar Təchizatçıya ödəniş etməyiniz kimi qəbul ediləcək. Qanunla tələb edildiyi halda Yığımlara müvafiq vergilər daxil olunacaq.
Bütün Tutulmalar dərhal ödənilməlidir; Ödəniş hesabınızda göstərilən üstün tutulan ödəmə üsulu ilə həyata keçiriləcək və müvafiq hesabat elektron poçtla göndəriləcəkdir. Hesabda göstərilən əsas ödəniş metodunuz hər hansı digər səbəbdən müddəti keçmiş, etibarsız və ya istifadəyə yararsız olarsa, Hesabınızda göstərilmiş ikinciödəmə metodundan istifadə etməyi qəbul edirsiniz.
Müəyyən coğrafi ərazilərdə tətbiq olunan Yığımlar Kənar TəchizatçıTəchizatçıların xidmət və məhsullarına yüksək tələbat olan dövrlərdə əhəmiyyətli dərəcədə arta bilər. Siz istənilən vaxt Kənar TəchizatçıTəchizatçıların xidmət və ya məhsullarına müraciəti/sorğunu bu Kənar Təchizatçının gəlişindən əvvəl ləğv edə bilərsiniz, belə halda sizdən sorğunu ləğv etmə haqqı tutula bilər.
Bu ödəniş quruluşu Kənar Təchizatçıya təqdim etdiyi xidmət və ya məhsullar üçün tam ölçüdə ödənişi həyata keçirmək üçün nəzərdə tutulmuşdur. P vasitəsilə tələb olunan taksi xidmətlərinə əlavə olaraq, ödənişinizin hər hansı bir hissəsi Kənar Təchizatçı üçün çaypulu və ya mükafat kimi təyin edilmir. Uber şirkətinin hər hansı bir bəyanatına əsasən (Uber saytında, Tətbiqetmədə və ya Uber təbliğat materiallarında) çaypulu "könüllü", "zəruri olmayan" və/və ya ödənişlərə "daxildir" Kənar Təchizatçıya, yuxarıda göstərilənlərdən başqa heç bir əlavə vəsait təqdim edilməməsini nəzərdə tutmur. Siz dərk edir və razılaşırsınız ki, hər hansı Kənar Təchizatçısına Xidmətlərdən istifadə edərkən sizə göstərilən xidmət və ya təqdim edilən məhsullara görə əlavə ödəniş etmək seçimində sərbəstsiniz və bunu etmək kimi öhdəliyiniz yoxdur. Xidmətlərdən istifadə edərkən sizə göstərilmiş xidmətdən və ya məhsulları aldıqdan sonra siz Kənar Təchizatçınızı qiymətləndirmək və onun haqqında rəyinizi vermək imkanına malik olacaqsınız.
Təmir və ya Təmizlik Xərcləri.
Kənar Təchizatçısının xidmətlərindən istifadə edərkən Kənar Təchizatçısının nəqliyyat vasitəsi və ya mülkiyyətinə ziyan dəyərsə siz həmin nəqliyyat vasitəsinin təmiri və lazımi təmizliyi ilə bağlı xərclərə görə məsuliyyət daşıyırsınız (“Təmir və ya Təmizlik”). Kənar Təchizatçı sizə Təmir və ya Yuma ehtiyacının olduğu barədə məlumat verdiyini və bu tələbin əsaslandırıldığını bildirdiyinə görə Hesabınızdakı müəyyən edilmiş ödəniş üsulunuzdan istifadə edərək, bu Təmir və ya Yuma üçün lazımi xərcləri ödəmək üçün Kənar Təchizatçının xeyrinə pul vəsaitlərini tutulması baş verir.
5. Hüquqi düzəlişlər; məsuliyyətin Məhdudiyyəti; Zərərlərin ödənilməsi zəmanəti.
HÜQUQİ DÜZƏLİŞ.
XİDMƏTLƏR “OLDUĞU KİMİ” VƏ “MÜMKÜN OLDUQDA” PRİNSİPİ İLƏ TƏMİN EDİLİR. UBER HAZIRKİ ŞƏRTLƏRDƏ AÇIQ ŞƏKİLDƏ QEYD OLUNMAYAN BÜTÜN BİRBAŞA, GÜMAN EDİLƏN VƏ YA QANUNLA NƏZƏRDƏ TUTULAN BƏYANAT VƏ ZƏMANƏTLƏRDƏN (BURAYA MƏHSULUN KEYFİYYƏTİ İLƏ BAĞLI, MÜƏYYƏN MƏQSƏD ÜÇÜN YARARLI OLMAQLA BAĞLI, ELƏCƏ DƏ ƏQLİ MÜLKİYYƏT HÜQUQLARININ POZULMASI HALININ OLMAMASI İLƏ BAĞLI GÜMAN EDİLƏN ZƏMANƏTLƏR DƏ DAXİLDİR) İMTİNA EDİR. BUNDAN ƏLAVƏ UBER XİDMƏTLƏRDƏN İSTİFADƏ NƏTİCƏSİNDƏ SORĞU VERİLMİŞ XİDMƏTLƏRİN VƏ YA MƏHSULLARIN ETİBARLIĞI, ZAMANINDA TƏMİN EDİLMƏSİ, KEYFİYYƏTİ, YARARLIĞI VƏ YA ƏLÇATANLIĞI İLƏ BAĞLI VƏ YA XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ FASİLƏSİZ VƏ YA XƏTASIZ HƏYATA KEÇİRƏLƏCƏYİ İLƏ BAĞLI BƏYANAT ETMİR, ÜZƏRİNƏ MƏSULİYYƏT GÖTÜRMÜR VƏ ZƏMANƏTLƏR VERMİR. UBER KƏNAR TƏMİNATÇILARININ KEYFİYYƏTİ, UYĞUNLUĞU, TƏHLÜKƏSİZLİYİ VƏ YA BACARIĞI İLƏ BAĞLI HEÇ BİR ZƏMANƏT VERMİR. SİZ RAZILAŞIRSINIZ Kİ, SİZİN XİDMƏTLƏRDƏN İSTİFADƏNİZ, ELƏCƏ DƏ ONUN VASİTƏSİLƏ ƏLDƏ EDİLƏN XİDMƏT VƏ YA MƏHSULLARLA BAĞLI YARANAN BÜTÜN RİSKLƏR QÜVVƏDƏ OLAN QANUNLA İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏDƏ YALNIZ SİZƏ AİDDİR.
MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI.
UBER XİDMƏTLƏRDƏN İSTİFADƏ İLƏ BAĞLI MƏNFƏƏTİN İTİRİLMƏSİ, MƏLUMATIN İTİRİLMƏSİ, BƏDƏN XƏSARƏTLƏRİ VƏ YA MADDİ ZƏRƏR DAXİL OLMAQLA, DOLAYI, TƏSADÜFİ, GÖZLƏNİLMƏZ, FAKTİKİ, CƏRİMƏ VƏ YA SONRAKI İTKİLƏRƏ MƏSULİYYƏT DAŞIMAMALIDIR (UBER BU CÜR İTKİLƏR EHTİMALI BARƏDƏ XƏBƏRDARLIQ EDİLMİŞ OLDUQDA BELƏ). UBER AŞAĞIDAKILAR SƏBƏBİNDƏN YARANAN HƏR HANSI İTKİ, ÖHDƏLİK VƏ YA ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR: (İ) SİZİN XİDMƏTLƏRDƏN İSTİFADƏNİZ VƏ YA XİDMƏTLƏRƏ ARXAYIN OLMAĞINIZDAN İRƏLİ GƏLƏN HƏRƏKƏTLƏRİNİZ, VƏ YA BU XİDMƏTLƏRƏ ÇIXIŞ ALMAQ VƏ YA İSTİFADƏ ETMƏK İMKANINIZIN OLMAMASI; VƏ YA (İİ) SİZ VƏ HƏR HANSI KƏNAR TƏCHİZATÇI ARASINDA İSTƏNİLƏN ƏMƏLİYYATLAR VƏ YA MÜNASİBƏTLƏR (UBER BU CÜR İTKİLƏR EHTİMALI BARƏDƏ XƏBƏRDARLIQ EDİLMİŞ OLDUQDA BELƏ). UBER ONUN MƏNTİQLİ NƏZARƏTİ ALTINDA OLMAYAN SƏBƏBLƏRDƏN XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİNDƏ HƏR HANSI GECİKMƏ OLDUĞU VƏ YA XİDMƏTİN GÖSTƏRİLMƏSİ MÜMKÜN OLMADIĞINA GÖRƏ MƏSULİYYƏT DAŞIMIR. SİZ BİLİR VƏ RAZILAŞIRSINIZ Kİ, BƏZİ SORĞU BRENDLƏRİ VASİTƏSİLƏ SİFARİŞ EDİLƏN DAŞINMA XİDMƏTLƏRİNİ TƏMİN EDƏN KƏNAR TƏCHİZATÇI ÇILARI BİRGƏ SƏYAHƏT VƏ YA QAPIDAN QAPIYA ÇATDIRMA KİMİ DAŞINMA XİDMƏTLƏRİ TƏKLİF EDƏ BİLƏR VƏ BUNUNLA BAĞLI ONLARIN PEŞƏKAR LİSENZİYA VƏ YA İCAZƏSİ OLMAYA BİLƏR. HEÇ BİR HALDA UBER-İN XİDMƏTLƏRLƏ BAĞLI BÜTÜN İTKİ, ZƏRƏR VƏ YA ƏMƏLİYYAT XƏRCLƏRİ ÜÇÜN SİZİN QARŞINIZDA ÜMUMİ ÖHDƏLİYİ 500 (BEŞ YÜZ) AVRO MƏBLƏĞİNİ AŞMAMALIDIR.
UBER-İN XİDMƏTLƏRİ SİZİN TƏRƏFİNİZDƏN KƏNAR TƏCHİZATÇILAR İLƏ DAŞINMA XİDMƏTLƏRİ, MƏHSULLAR VƏ TƏCHİZAT XİDMƏTLƏRİNİN SİFARİŞ EDİLMƏSİ VƏ PLANLAŞDIRILMASI ÜÇÜN İSTİFADƏ EDİLƏ BİLƏR, LAKİN SİZ RAZILAŞIRSINIZ Kİ, UBER KƏNAR TƏCHİZATÇI TƏRƏFİNDƏN SİZƏ GÖSTƏRİLƏN HƏR HANSI DAŞINMA, MƏHSULLAR VƏ YA TƏCHİZAT XİDMƏTLƏRİ ÜÇÜN (BURADAKI ŞƏRTLƏRDƏ XÜSUSİ QEYD EDİLƏNLƏRDƏN BAŞQA) MƏSULİYYƏT DAŞIMIR.
HAZIRKİ 5-Cİ BÖLMƏDƏ QEYD EDİLƏN MƏHDUDİYYƏTLƏR VƏ HÜQUQİ DÜZƏLİŞ SİZİN QÜVVƏDƏ OLAN QANUNVERİCİLİKLƏ İSTİSNA EDİLƏ BİLMƏYƏN MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASINI VƏ YA HÜQUQLARINIZIN DƏYİŞMƏSİNİ NƏZƏRDƏ TUTMUR.
Zərələriödənilməzi üzrə zəmanət.
Siz Uber şirkətini ə onun əməkdaşları, direktorları, işçi və agentlərini aşağıda göstərilən səbəblərdən yarana bilən hər hansı iddia, tələb, öhdəlik və xərclərdən (məhkəmə xərcləri də daxil olmaqla) azad etməyə və yaranmış itkilərin əvəzini ödəməyə razılaşırsınız: (i) Xidmətlərdən istifadə edərkən, və ya Xidmətləri istifadə etməklə əldə etdiyiniz xidmət və ya məhsulları istifadə edərkən; (ii) bu Şərtlərdə qeyd olunmuş istənilən qaydanı pozduğunuz halda; (iii) Uber-in sizin İstifadəçi Məzmununuzdan istifadəsi zamanı; və ya (iv) üçüncü şəxsin hüquqlarını, eləcə də Kənar Təchizatçıların hüquqlarını pozduğunuz halda.
6. Tətbiq edilən hüquq
Bu Şərtlər ərazidən asılı olaraq tənzimlənir:
Rusiya Federasiyası – Rusiya Federasiyasının qanunvericiliyi. Bu Şərtlərdən irəli gələn və onlarla əlaqədar yaranan hər hansı mübahisə Rusiyanın səlahiyyətli məhkəməsində həllini tapır.
Azərbaycan Respublikası – Azərbaycan Respublikasının qanunvericiliyi. Bu Şərtlərdən irəli gələn və ya onlarla əlaqədar olaraq yaranan hər hansı mübahisə Azərbaycan Respublikasının səlahiyyətli məhkəməsi tərəfindən həllini tapır.
Belarus Respublikası – Belarus Respublikasının qanunvericiliyi. Bu Şərtlərdən irəli gələn və ya onlarla əlaqədar olaraq yaranan hər hansı mübahisə əksi kollizion hüququn mütləq müddəalarında qeyd edilmədikdə yurisdiksiyanın ümumi qaydalarına uyğun olaraq Minsk şəhərinin Moskovski rayonu Məhkəməsində həllini tapır.
Qazaxıstan Respublikası – hazırkı Şərtlərdə əksi nəzərdə tutulmayıbsa, hazırkı şərtlər kollozion hüquq normaları istisna olmaqla, Niderland qanunlarına əsasən tənzimlənir və təsnif edilir. 1980-cı il tarixli Vyana Beynəlxalq Əmtəə Satışı Konvensiyası (BƏSK) hazırkı Sazişə tətbiq edilməməlidir.
7. Digər Müddəalar
Müəllif hüququnun pozulması ilə bağlı iddialar.
Müəllif hüququnun pozulması ilə bağlı iddialar Ubertərəfindən təyin edilmiş müvafiq agentə göndərilməlidir. Müvafiq ünvan və əlavə məlumatla bağlı Uber-in https://www.support-uber.com səhifəsinə daxil olun.
Bildiriş.
Uber Xidmətlər barədə ümumi bildirişləri elektron məktub vasitəsilə Hesabınızda qeyd edilən e-poçta və ya yazılı şəkildə poçt ünvanınıza göndərə bilər. Siz ərazidən asılı olaraq aşağıdakı ünvanlar vasitəsilə Uber ilə yazılı əlaqə saxlayaraq bildiriş göndərə bilərsiniz:
- Rusiya Federasiyası – “Yandex.Taxi” MMC, 123112, 1-ci Krasnoqvardeyski Prospekti 21, bina 1, otaq 36.9, mərtəbə 36;
- Azərbaycan Respublikası – “UBER AZƏRBAYCAN” MMC, Azərbaycan Respublikası, Bakı şəh., Tbilisi prospekti 49/C, Çıraq Plaza, 7-ci mərtəbə, AZ1065;
- Belarus Respublikası – "BelGo Corp" MMC, Minsk, 220069, Dzerjinski prospekti 5-14, ofis 14-4a, Belarus Respublikası;
- Qazaxıstan Republikası – Schiphol Boulevard 291, 1118 BH Schiphol, Niderland.
Ümumi müddəalar.
Siz bu Şərtləri tam və ya qismən şəkildə Uber-in əvvəlcədən yazılı icazəsi olmadan heç kəsə ötürə bilməzsiniz. Siz Uber-in aşağıdakılar daxil olmaqla bu Şərtləri bütünlükdə və ya qismən üçüncü şəxslərə ötürməsinə razılığınızı verirsiniz: (i) törəmə və ya affilyasiya olunmuş şəxslərə; (ii) Uber-in səhmlərini, biznes və ya aktivlərini əldə edən alıcıya; və ya (iii) birləşmə nəticəsində varisə. Sizinlə Uber arasında Müqavilə olmasına və ya Xidmətlərdən istifadə etməyinizə baxmayaraq, Siz, Uber və Kənar Təchizatçılar arasında münasibətlər heç bir birgə müəssisə, ortaqlıq, aqentlik və ya məşğulluq münasibətləri yaratmır.
Əgərqanuna əsasən bu Şərtlərin hər hansı müddəası bütünlükdə və ya qismən qeyri-qanuni, etibarsız və ya iddia qüvvəsinə malik olmadığı kimi hesab edilərsə, belə müddəa və ya onun hissəsi mövcud olduğu həcmdə bu Şərtlərə daxil olmayacaq, lakin bu Şərtlərin qalan hissəsinin qanuniliyi, etibarlılığı və icra oluna bilinməsi pozulmaz olaraq qalacaq. Belə halda tərəflər qeyri-qanuni, etibarsız və ya qeyri-icbari şərti (bir hissəsi) qanuni, etibarlı, icbari və mümkün qədər qeyri-qanuni, etibarsız və ya iddia qüvvəsinə malik olmayan müddəanı (hissəni) qanuni, etibarlı və iddia qüvvəsinə malik müddəa ilə (onun hissəsi ilə) əvəz edəcəklər. Bu Şərtlər tərəflər arasında əldə olunmuş razılığın tam dolğunluğunu və onun predmetinə dair tərəflərin razılığa gəldiyini təqdim edir. Bu Şərtlər bütün əvvəlki və ya mövcud müqavilələr və əldə olunmuş razılaşmaları əvəz edir. Bu Şərtlərdə “o cümlədən” və “daxil olmaqla” sözləri “daxil olmaqla, lakin bunlarla məhdudlaşmır” mənasında istifadə olunur.
Sənədin əvvəlki versiyası: https://support-uber.com/legal/tos/01122023
Sənədin əvvəlki versiyası: https://support-uber.com/legal/tos/21092023
Sənədin əvvəlki versiyası: https://support-uber.com/legal/tos/06062023
Sənədin əvvəlki versiyası: https://support-uber.com/legal/tos/21022023
Sənədin əvvəlki versiyası: https://support-uber.com/legal/tos/04082022
Sənədin əvvəlki versiyası: https://support-uber.com/legal/tos/16052022
Sənədin əvvəlki versiyası: https://support-uber.com/legal/tos/06092021